...

Prokuror Azərbaycanda adam oğurluğunda ittiham olunan Çin vətəndaşlarına 106 il cəza istəyib

Cəmiyyət Materials 7 İyul 2011 17:11 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinə bu gün prokuror cəza istəyib.
Prokuror Azərbaycanda adam oğurluğunda ittiham olunan Çin vətəndaşlarına 106 il cəza istəyib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Prokuror adam oğurluğunda ittiham olunan Çin vətəndaşlarına 106 il cəza istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinə bu gün prokuror cəza istəyib.

Prokuror Ci Fonq Pinq, Hu Ye, Vanq Li Yonqun hər birinə 14 il, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van, Jhen Si Hunun hər birinə 13 il, Yu Huenə isə 12 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə iyulun 12-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

Dəstə üzvləri 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən oğurlayaraq Bakı şəhərinə gətiriblər. Bakıda 2 gün saxladıqdan sonra Liu Genyongun həyat yoldaşı Huonq Suzhendən 22 min ABŞ dolları alaraq onları azad ediblər. Təqsirləndirilənlər Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongun ərizəsi əsasında tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin adam oğurluğu maddəsinə əsasən ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti