...

Azərbaycanda 4 rayona yeni prokuror təyin olunub

Cəmiyyət Materials 8 İyul 2011 16:55 (UTC +04:00)
Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.
Azərbaycanda 4 rayona yeni prokuror təyin olunub

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kamran Əhmədov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük prokuroru Ariz Əliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Azər Osmanov və Şəmkir rayon prokurorunun müavini Şıxəli Alməmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Onlar uyğun olaraq Ağdam, Kəlbəcər, Zəngilan və Xocalı rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Xəbər lenti

Xəbər lenti