...

Azərbaycanda yol polisinin daha 3 əməkdaşı xidmətdən qovulub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 İyul 2011 16:44 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin 3 əməkdaşı xidmətdən xaric olunub.
Azərbaycanda yol polisinin daha 3 əməkdaşı xidmətdən qovulub (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub (ilk xəbər saat 16:35-də yayılıb)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Baş Dövlət Yol Polisi İdarəsinin 3 əməkdaşı xidmətdən xaric olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər nazirinin 9 iyul tarixli əmri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.

Tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə 1 əməkdaşa isə şiddətli töhmət verilib.

Bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub, habelə tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 tağım komandiri tutduğu vəzifədən azad edilib, həmin Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti