...

Azərbaycanda diffamasiyanın vurduğu mənəvi zərərə görə kompensasiyanın məbləği müəyyənləşib

Cəmiyyət Materials 15 İyul 2011 15:08 (UTC +04:00)
Azərbaycanda diffamasiyanın vurduğu mənəvi zərərə görə kompensasiyanın məbləği minimum əməkhaqqının 5 mislindən çox ola bilməz.
Azərbaycanda diffamasiyanın vurduğu mənəvi zərərə görə kompensasiyanın məbləği müəyyənləşib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda diffamasiyanın vurduğu mənəvi zərərə görə kompensasiyanın məbləği minimum əməkhaqqının 5 mislindən çox ola bilməz. Trend-in məlumatına görə, bu müddəa Azərbaycan Mətbuat Şurası tərəfindən ATƏT-in Bakı ofisinin hüquqi ekspertizası ilə hazırlanan "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsində əks olunub.

Qanun layihəsinin "Zərərin ödənilməsi" ilə bağlı 14-cü maddəsində cavabdehin diffamativ ifadənin ona maddi zərər vurduğunu sübut edən iddiaçıya bu zərərin əvəzini ödəməli olduğu qeyd olunur.

Həmin maddədə qeyd olunur ki, iddiaçı ona vurulmuş mənəvi ziyanın əvəzi kimi düzəliş və ya cavabı yetərli hesab etməsə, cavabdehdən pul kompensasiyası ödəməsini tələb edə bilər. Mənəvi ziyana görə kompensasiyanın məbləği isə başqa növ mülki hüquq pozuntularının vurduğu mənəvi zərərə görə təsbit edilmiş kompensasiya məbləğindən artıq ola bilməz.

"Hər bir halda mənəvi zərərə görə kompensasiyanın məbləği minimum əməkhaqqının 5 mislindən çox ola bilməz", - qanun layihəsində qeyd olunur.

Bundan başqa, qanun layihəsində qeyd olunur ki, "diffamasiyanın vurduğu mənəvi zərər" şəxsin haqsız olaraq cəmiyyətdə nüfuzdan düşməsi, ona qarşı nifrət yaranması, onun gülüş və ya qınaq hədəfinə çevrilməsi nəticəsində fiziki və ya ruhi iztirablar keçirməsidir.

Azərbaycanda minimum aylıq əməkhaqqı 85 manat müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti