...

Arxeologiya və Etnoqrafiya İnstitutu: Arxeoloji qazıntılardan sonra Xınalıq kəndinin tarixi haqqında yeni məlumatlar əldə edilə bilər

Cəmiyyət Materials 18 İyul 2011 15:06 (UTC +04:00)
Quba rayonunun Xınalıq kəndindəki çox qədim kurqanın tədqiq olunması nəticəsində bu kəndin indiyədək mübahisələrə səbəb olan tarixi, əhalisi barədə yeni məlumatlar əldə edilə və əhalinin xüsusi dil mədəniyyəti ilə bağlı mövcud olan fərqli yanaşmalara aydınlıq gətirilə bilər.
Arxeologiya və Etnoqrafiya İnstitutu: Arxeoloji qazıntılardan sonra Xınalıq kəndinin tarixi haqqında yeni məlumatlar əldə edilə bilər

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Quba rayonunun Xınalıq kəndindəki çox qədim kurqanın tədqiq olunması nəticəsində bu kəndin indiyədək mübahisələrə səbəb olan tarixi, əhalisi barədə yeni məlumatlar əldə edilə və əhalinin xüsusi dil mədəniyyəti ilə bağlı mövcud olan fərqli yanaşmalara aydınlıq gətirilə bilər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev deyib.

Onun sözlərinə görə, ölkə başçısının da böyük diqqət göstərdiyi Xınalıq kəndində 5 qədim yaşayış yeri və qəbiristanlıqlar var. Bu yaşayış yerlərinin tədqiq olunmasını olduqca vacib sayan tarixçinin sözlərinə görə, Xınalıqda 3 minillik tarixi olduğu ehtimal edilən qədim kurqan (yerüstü qəbir) da var. Amma yarı dağılmış vəziyyətdə olan bu kurqan bərpa edilməli və tədqiq olunmalıdır.

"Xınalığın əhalisinin xüsusi dil mədəniyyəti var. Bu kəndin əhalisi xüsusi dildə danışır. Amma bu kəndin və onun əhalisinin tarixi haqqında fikir söyləmək olmaz. Çünki bu kənddə indiyədək heç bir arxeoloji tədqiqat aparılmayıb. Ona görə də kənddə arxeoloji qazıntılar aparılmalıdır. Bundan sonra Xınalıq kəndi və onun əhalisi haqqında fikir söylənilə bilər", - Ağayev bildirib.

Tarixçi qeyd edib ki, Xınalıq kəndinin tarixinin öyrənilməsi üçün ilk növbədə kurqanda arxeoloji tədqiqatlar aparılmalıdır. Bu tədqiqatlara sentyabrdan başlanıla bilər. Xınalıqda geniş tədqiqatların aparılması üçün isə gələn il xüsusi tədbirlər planının hazırlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti