Azərbaycan, Bakı, 25 iyul /Trend/
Bu gün Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında VIII turun oyunları keçirilir.
Trend-in məlumatına görə, yarışın son turlarında qələbə qazana bilməyən Azərbaycan milli komandası lider Ermənistan yığması ilə qarşılaşır.
Artıq Azərbaycan yığmasından Teymur Rəcəbov (2744) və Vüqar Həşimov (2760) anoloji olaraq - Levon Aronyan (2805) və Sergey Movsesyanla (2700) heç-heçə edib.
Hazırda yığmamızdan Rauf Məmmədov (2679) Vladimir Akopyanla (2667), Şəhriyar Məmmədyarov (2765) Qabriel Sarkisyanla (2663) görüşür.
Qeyd edək ki, bu tura qədər Ermənistan birinci, Azərbaycan isə yeddinci yerdə qərarlaşıb.
Şahmat üzrə dünya çempionatında Azərbaycan və Ermənistan yığmaları qarşılaşır
Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında VIII turun oyunları keçirilir