...

Son səkkiz ay ərzində 15 min Ermənistan vətəndaşı Rusiyaya köçmək üçün ərizə verib

Cəmiyyət Materials 29 İyul 2011 16:29 (UTC +04:00)
2007-ci ildən Rusiyanın "Həmvətənlərə yardım" dövlət proqramının fəaliyyəti çərçivəsində daimi yaşamaq üçün Ermənistandan Rusiyaya 780 ailə, yaxud 1897 nəfər köçüb.
Son səkkiz ay ərzində 15 min Ermənistan vətəndaşı Rusiyaya köçmək üçün ərizə verib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

2007-ci ildən Rusiyanın "Həmvətənlərə yardım" dövlət proqramının fəaliyyəti çərçivəsində daimi yaşamaq üçün Ermənistandan Rusiyaya 780 ailə, yaxud 1897 nəfər köçüb.

Trend-in məlumatına görə, "Mediamaks"ın verdiyi xəbərdə deyilir ki, bu barədə Yerevanda Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeqanyan bildirib.

Onun sözlərinə görə, proqramın bütün fəaliyyət müddəti ərzində Rusiyanın Federal Miqrasiya Xidmətinə köçmək barədə ərziə ilə 29 500 Ermənistan vətəndaşı (2011-ci il iyulun 15-nə olan məlumata görə) müraciət edib ki, bu müraciətlərin 15 824-ü son səkkiz ay ərzində olub.

"Bu, əlbəttə, artıq Baş nazirin dediyi kimi, dövlətlərarası səviyyədə müzakirə olunmaq üçün mövzu olacaq mənfi haldır", - Qagik Yeqanyan bəyan edib.

Xəbər lenti

Xəbər lenti