...

Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə 670-ə yaxın müraciət daxil olub

Cəmiyyət Materials 4 Avqust 2011 11:16 (UTC +04:00)
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə bu ilin iyul ayı ərzində 669 müraciət daxil olub.
Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə 670-ə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə bu ilin iyul ayı ərzində 669 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, müraciətlərin 362-si şikayət, 170-i sorğu xarakterlidir.

Müraciətlərin 41-i aidiyyəti üzrə olmayıb, 96-sı isə cari problemlərə bağlı olub.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilib, qeydə alınıb və araşdırılıb. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti