...

Bu ilin 6 ayı ərzində yeni təyin olunmuş əmək pensiyalarının orta aylıq məbləği 160 manat təşkil edib

Cəmiyyət Materials 8 Avqust 2011 12:39 (UTC +04:00)
Azərbaycanda iyulun 1-nə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 280 788 nəfər təşkil edir. Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.
Bu ilin 6 ayı ərzində yeni təyin olunmuş əmək pensiyalarının orta aylıq məbləği 160 manat təşkil edib

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycanda iyulun 1-nə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 280 788 nəfər təşkil edir. Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, əmək pensiyası alan şəxslərin 38,9 faizi kişi, 61,1 faizi isə qadındır. Onlardan 63,9 faizi yaşa görə, 25,7 faizi əlilliyə görə, 10,4 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Babayev bildirib ki, bu ilin 6 ayı ərzində yeni təyin olunmuş əmək pensiyalarının orta aylıq məbləği 160 manat təşkil edib.

Əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Xəbər lenti

Xəbər lenti