...

Bakı küçələrində nümunəvi sürücülərin treninqləri keçiriləcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 9 Avqust 2011 17:13 (UTC +04:00)
Bakıda yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün bazar günü nümunəvi sürücülərin treninqləri keçiriləcək.
Bakı küçələrində nümunəvi sürücülərin treninqləri keçiriləcək (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub (ilk xəbər saat 12:56-da yayılıb)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/

Bakıda yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün bazar günü nümunəvi sürücülərin treninqləri keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Əhali arasında maarifləndirmə işinin gücləndirilməsi üçün Bakı yol polisi nümunəvi sürücü klubu yaradıb, üzvlüyə qəbul üçün şərtlər formalaşdırılır.

Məlumata görə, bu bazar seçilən 10 nümunəvi sürücü Bakı küçələrində hərəkət edəcək və ilk dəfə piyada keçid zolağında sürücünün qanunauyğun hərəkətləri nümayiş olunacaq.

İkinci həftə isə toy karvanı zamanı idarəetmənin qanunauyğunluğu nümayiş etdiriləcək.

Məlumatda bildirilib ki, hər bazar günü müxtəlif mövzularda sürücülərin avtomobilləri qanuna uyğun idarəetmələri nümayış olunacaq.

İdarədən onu da qeyd ediblər ki, maarifləndirmə işi ilə bağlı yaxın vaxtlarda sosial reklam çarxlarının çəkilişinə başlanılacaq. Reklam çarxlar telekanallar və informasiya saytlarında nümayiş etdiriləcək.

Bakı şəhər Baş Polis İdarəsinin İctimai səhifəsinin kanalı bsdypi.video.az. İctimai səhifənin administratoru Samir Qocayev Trend-ə bildirib ki, yaxın vaxtlarda maarifləndirmə işi ilə əlaqədar sosial reklam çarxlarının çəkilişi ilə əlaqədar müsabiqə elan olunacaq. Müsabiqədə televiziya kanalları və xəbər portalları ilə yanaşı həvəskarlarda iştirak edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti