Azərbaycan, Bakı, 12 avqust /Trend/
Azərbaycanda havanın temperatur tədricən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25, gündüz 32-37 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq.
Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanda havanın temperaturu tədricən yüksələcək
Azərbaycanda havanın temperatur tədricən yüksələcək