...

Azərbaycanlılar Somalidə aclıq çəkənlər üçün 6 min manatadək pul yığıblar

Cəmiyyət Materials 15 Avqust 2011 15:56 (UTC +04:00)
Azərbaycanlıların Somalidə aclıq çəkənlərə yardımı davam edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İslam Konfransı Gənclər Forumunun (İKGF) məlumatında bildirilir.
Azərbaycanlılar Somalidə aclıq çəkənlər üçün 6 min manatadək pul yığıblar

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycanlıların Somalidə aclıq çəkənlərə yardımı davam edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İslam Konfransı Gənclər Forumunun (İKGF) məlumatında bildirilir.

İKGF-nin ötən həftə elan etdiyi xeyriyyə kampaniyasına çox sayda insan yardım etmək arzusunda olduğunu bildirib.
Elan verildikdən sonrakı ilk gün ərzində yalnız fərdi şəxslərdən İKGF ofisinə 3100 AZN nəqd və 2500 AZN bank köçürməsi yolu ilə vəsait daxil olub.

Eyni zamanda Somaliyə yardım üzrə kampaniya çərçivəsində İKGF tərəfindən xeyriyyə iftarlarının verilməsi də nəzərdə tutulur. Bu həftə ərzində müxtəlif sosial qruplara yönəlik üç belə iftar mərasimi nəzərdə tutulub.

Müraciət edən vətəndaşlardan yardım etmək istəyənlərin çox olduğunu, lakin hamının İKGF ofisinə gəlməyə imkanı olmadığını nəzərə alaraq, yardım kampaniyasına dəstək vermək istəyənlərlə iş üçün könüllü qruplar təşkil ediləcək. Bundan əlavə bəzi ictimai təşkilatlar da kampaniyaya qoşularaq müstəqil surətdə vəsait toplayıb, sonda İKGF-nin kampaniyasının hesabına köçürəcəklərini elan ediblər.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb. Kampaniyanın əsas məqsədi Somalidə aclıq çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya etmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf formada toplanmasını, toplanmış vəsaitin Somalidə aclıq çəkənlərə çatdırılmasını təşkil etməkdir. Bununla bağlı İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə yardım etmək istəyənləri Ramazan ayının 25-nə kimi (avqustun 25-26-sı) öz ianəsini kampaniyanın hesabına köçürməyə dəvət edir.

Yardım etmək istəyənlər vəsaitləri İKGF-nin
Avrasiya Üzrə Regional Mərkəzi,
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No 33409019442412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
CORR. ACC: 0137010002944

saylı bank hesabına köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin 598 11 62 və 492 11 52 nömrəli telefonuna zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər.

Xəbər lenti

Xəbər lenti