...

Türkmənistanda fərdi peyk antenalarını kabel televiziyası ilə əvəzləyəcəklər

Cəmiyyət Materials 16 Avqust 2011 14:27 (UTC +04:00)
Türkmənistanda evlərin fasadından fərdi peyk antenalarını çıxaracaqlar və onları kabel televiziyası ilə əvəzləyəcəklər. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bazar ertəsi keçirilən iclasda hökumət üzvlərinə müvafiq tapşırıq verib. İclasda cari ilin oktyabrında yeni teleqüllənin işə salınması məsələsi müzakirə edilib.
Türkmənistanda fərdi peyk antenalarını kabel televiziyası ilə əvəzləyəcəklər

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Türkmənistanda evlərin fasadından fərdi peyk antenalarını çıxaracaqlar və onları kabel televiziyası ilə əvəzləyəcəklər. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bazar ertəsi keçirilən iclasda hökumət üzvlərinə müvafiq tapşırıq verib. İclasda cari ilin oktyabrında yeni teleqüllənin işə salınması məsələsi müzakirə edilib.

Hazırda əhaliyə telekanalların yayımını peyk antenaları təqdim edir. "Çoxsaylı peyk antenaları paytaxtın arxitektur-şəhərsalma görünüşünə uyğun gəlmir", - Berdiməhəmmədov deyib və Baş nazirin müavini Nəzərqulu Şaqulıyevə "çoxmərtəbəli yaşayış evlərinə kabel televiziyası çəkməyi və ehtiyac olmayan bu antenaları çıxarmağı" tapşırıb.

Xəbər lenti

Xəbər lenti