...

Bakıda yağış yağacaq

Cəmiyyət Materials 17 Avqust 2011 12:31 (UTC +04:00)
Bakıda qısamüddətli yağışlar gözlənilir
Bakıda yağış yağacaq

Azərbaycan, Bakı, 17 avqust / Trend /

Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti