...

ENPI/FLEG proqramı çərçivəsində bu il Azərbaycanda meşə mühafizəsi sahəsində görülən işlərin yekunları açıqlanıb

Cəmiyyət Materials 17 Avqust 2011 13:46 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycanda meşələrin mühafizəsi və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ENPI/FLEG proqramı çərçivəsində bu il görülən işlərin yekunları müzakirə olunub.
ENPI/FLEG proqramı çərçivəsində bu il Azərbaycanda meşə mühafizəsi sahəsində görülən işlərin yekunları açıqlanıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Azərbaycanda meşələrin mühafizəsi və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ENPI/FLEG proqramı çərçivəsində bu il görülən işlərin yekunları müzakirə olunub.

Trend-in məlumatına görə, tədbirdə ENPI/FLEG Proqramının Azərbaycan üzrə məsləhətçisi Azər Qarayev layihənin Avropa İttifaqının maliyyə dəstəyi, Dünya Bankı, Təbiətin Qorunması üzrə Beynəlxalq Birliyin (İUCN) dəstəyi ilə həyata keçirildiyini bildirib.

Müzakirələr zamanı qeyd olunub ki, aparılan araşdırmalar zamanı meşə mühafizəsini təşkil edən şəxslər, bələdiyyələr və əhali arasında əlaqələrin zəif, regionlarda qanunvericilik biliklərinin aşağı səviyyədə olduğu aşkarlanıb. Proqram çərçivəsində orta məktəblər üçün nəzərdə tutulan "Gənc Meşəçilər Məktəbi" adlı metodik vəsait, həmçinin "Meşə işçiləri üçün hüquqi-normativ aktlar toplusu" nəşr olunub.

"Meşə sektorunda hüquq tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsi" proqramına Ekologiya və Təbii Sərvətlər, Ədliyyə və İqtisadi İnkişaf nazirliklərinin əməkdaşları cəlb olunublar. Proqram MDB-nin yeddi ölkəsində 2009-cu ildən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti