...

Ukraynada keçirilən kitab sərgisində Azərbaycan ekspozisiyası təqdim olunur

Cəmiyyət Materials 17 Avqust 2011 13:54 (UTC +04:00)
Ukraynada keçirilən kitab sərgisində Azərbaycan ekspozisiyası təqdim olunur. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Ukraynada keçirilən kitab sərgisində Azərbaycan ekspozisiyası təqdim olunur

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir T.Hacıyev/

Ukraynada keçirilən kitab sərgisində Azərbaycan ekspozisiyası təqdim olunur. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Avqustun 16-dan 18-ə qədər Kiyevdə "Ukrayna Evi" sarayında Ukrayna Dövlət Teleradio Komitəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan Ukraynadakı səfirliyin tərtib etdiyi ekspozisiya ilə təmsil olunur.

Ukraynanın bütün regionlarından, həmçinin Azərbaycan, Bolqarıstan, İran, Rusiya, Belarus və Polşadan olan 100-dən artıq nəşriyyat şirkətlərinin iştirak etdiyi sərgi-yarmarka Ukraynanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar keçirilən rəsmi tədbirlər siyahısına daxil edilib. Tədbirin açılış mərasimində çıxış edən Ukraynanın Baş naziri Nikolay Azarov Ukrayna hökuməti tərəfindən ölkədə nəşriyyat işinin inkişafına ciddi əhəmiyyət verildiyini, gələn ilin dövlət büdcəsində bu sahənin dəstəklənməsi üçün nəzərdə tutulan vəsaitlərin həcminin iki dəfəyə qədər artırılacağını vurğulayıb.

Azərbaycanı təmsil edən ekspozisiyada son illər ərzində ölkəmizdə yüksək poliqrafik üsulla çap edilmiş kitablar və dövrü mətbuat nümunələri - ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən kitablar, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, "Təhsil" nəşriyyatı tərəfindən buraxılmış nəşrlər, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinə, musiqisinə, görkəmli insanların yaradıcılığına, Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycan tarixinə həsr edilmiş kitablar, həmçinin səfirliyin dəstəyi ilə Kiyevdə ukraynaca nəşr edilmiş kitablar - "Azərbaycan poeziyası antologiyası", "Azərbaycan nağılları", Yaqub Mahmudlunun "Azərbaycan: dövlətçiliyin qısa tarixi", Aida İmanquliyevanın "Seçilmiş məqalələr", Ramiz Mehdiyevin "Azərbaycanlıların genosidinin reallıqları" və digər kitablar nümayiş etdirilir.

Xəbər lenti

Xəbər lenti