...

NASA-da yerin yadplanetlilər tərəfindən mümkün məhvi barədə məruzə hazırlanıb

Cəmiyyət Materials 19 Avqust 2011 18:49 (UTC +04:00)
Yadplanetlilər digər svilizasiyaları xilas etmək naminə yeri məhv edə bilərlər. Belə ssenari ətarf mühit üçün məhvedici olan istixana qazlarının buraxılmasının qarşısı alınmasa, tam real ola bilər. Trend-in məlumatına görə, bu barədə NASA və Pensilvani Universitetinin alimləri xəbərdarlıq edib
NASA-da yerin yadplanetlilər tərəfindən mümkün məhvi barədə məruzə hazırlanıb

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Yadplanetlilər digər svilizasiyaları xilas etmək naminə yeri məhv edə bilərlər. Belə ssenari ətarf mühit üçün məhvedici olan istixana qazlarının buraxılmasının qarşısı alınmasa, tam real ola bilər. Trend-in məlumatına görə, bu barədə NASA və Pensilvani Universitetinin alimləri xəbərdarlıq edib.

"Yrdənkənar svilizasiyalarla əlaqələrin bəşəriyyət üçün xeyri və ya ziyanı olacaqmı? Müxtəlif ssenarilər" adlı məruzədə ABŞ alimləri bütün mümkün variantları və yer sakinlərinin gələcəkdə digər planetlərin sakinləri ilə görüşünə hazır olmanın nəticələrini təhlil edirlər. Trend-in məlumatına görə, bu barədə İnterfaks yazır.

Məruzə müəllifləri insanlara yeni optimist texnologiyalar və "Qalaktika klubu"na üzvlükdən bəşəriyyətə kosmosdan gəlmələrin hücumu nəticəsində tam məhv edilmə təhlükəsinədək bütün mümkün variantları təsvir edirlər.

Alimlər güman edirlər ki, "bütün bu ssenarilər bizi ekoloji sistemi artırmağa və təsiri azaltmağa sövq etməlidir.

Alimlər istixana qazlarının tullantılarının azaldılmasını xüsüsilə vacib sayırlar.

Lakin hətta bəşəriyyət yerdənkənar svilizasiyalarla əlaqəyə girməsə belə, məruzədə göstərilən ssenarilər bəşəriyyətə dağılmadan qaçmağa və ona uzun ömürə zəmat verən inkişaf yolunu seçməyə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti