...

Azərbaycan güləşçiləri dünya çempionatına 2 bürünclə başladılar

Cəmiyyət Materials 24 Avqust 2011 17:20 (UTC +04:00)
Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Azərbaycan güləşçiləri dünya çempionatına 2 bürünclə başladılar

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Çempionatın proqramına əsasən, birinci gün xalça üzərinə 5 çəki dərəcəsində sərbəst güləşçilər çıxıb.

İlk gün Azərbaycan güləşçiləri iki bürünc medal qazanıblar. Bu medalları Elçin Məmmədov (58 kq) və Pərviz Axundov (85 kq) əldə edib. Onlar həlledici görüşdə müvafiq olaraq Gürcüstan və Hindistandan olan rəqiblərinə qalib gəliblər.

Digər iki təmsilçimiz Vurğun Əliyev (42 kq) və Elmar İsmayılov (69 kq) bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yerlə kifayətləniblər.

Yeniyetmələrin dünya çempionatı bu gün sərbəst güləşçilərin digər 5 çəki dərəcəsində yarışları ilə davam edəcək. Avqustun 25-26-da yeniyetmə qızlar, çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar.

Xəbər lenti

Xəbər lenti