...

Ana övladlarının onu qucaqlaya bilməsi üçün 64 kiloqram arıqlayıb (FOTO)

Cəmiyyət Materials 27 Avqust 2011 14:52 (UTC +04:00)
Artıq çəkidən yaxa qurtarmaq üçün güclü səbəblər olmalıdır. Çimərlikdə qəşəng çimərlik paltarında görünmək, kişilərin diqqətini cəlb etmək istəyi, rəfiqənin həsədi? Elə şeylər var ki daha effektivdir
Ana övladlarının onu qucaqlaya bilməsi üçün 64 kiloqram arıqlayıb (FOTO)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Artıq çəkidən yaxa qurtarmaq üçün güclü səbəblər olmalıdır. Çimərlikdə qəşəng çimərlik paltarında görünmək, kişilərin diqqətini cəlb etmək istəyi, rəfiqənin həsədi? Elə şeylər var ki daha effektivdir.

Trend-in məlumatına görə, woman.ru saytı yazır ki, çəkisi 118 kiloqrama yaxın olan 39 yaşlı Reyçel bir dəfə başa düşüb ki, uşaqları onu lazımınca qucaqlaya bilmirlər. Buna görə də o, böyük dəyişikliklər etmək qərarına gəlib: Sağlam qidaya keçib, fitneslə məşğul olmağa başlayıb, nəticədə 16 ay ərzində 64 kiloqram arıqlayıb. İki övlad anası çətinlik çəkmədən 9 yaşlı Meqan və 11 yaşlı İosiflə oynamaqdan və onlarla qaçmaqdan həzz alır.

Reyçel hamiləlik dövründə kökəlməyə başlayıb, sonra öz xarici görnüşünə görə utanmağa, demək olar ki, camaat içinə çıxmamağa başlayıb. Onun əyləncəsi yemək və özünəqapılma olub. Qadın getdikcə çəkisinin sağlamlığa ziyan vurduğunu başa düşməyə başlayıb. Belə ki, ürək döyüntüsü zəifləyib, ayaqları büdrəməyə başlayıb. Sonuncu dəfə isə qızı onu əlləri ilə qucaqlaya bilmədiyini dedikdə, o, arıqlamağa başlayıb.

Yoldan keçənlər hə lə də məktəb müəlliməsini küçədə saxlayaraq öz heyranlqılarını bildirirlər. Bundan başqa, Reyçel özü də özünü daha gənc hiss edir. Əri Mark heç vaxt həyat yoldaşının çəkisindən narazılığını bildirməyib, lakin indi öz "yeni həyat yoldaşı" ilə fəxr edir.

Xəbər lenti

Xəbər lenti