...

Daha 7 erməni hərbi qulluqçusu saxlanılacaq

Cəmiyyət Materials 1 Sentyabr 2011 11:39 (UTC +04:00)
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissələrindən birində 18 yaşlı həqiqi hərbi xidmət qulluqçusu Aqasi Abramyanın ölümü ilə əlaqədar cinayət işi qaldırılıb.
Daha 7 erməni hərbi qulluqçusu saxlanılacaq

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissələrindən birində 18 yaşlı həqiqi hərbi xidmət qulluqçusu Aqasi Abramyanın ölümü ilə əlaqədar cinayət işi qaldırılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi David Karapetyanın sözlərinə görə, bu cinayət işi çərçivəsində daha bir zabit və bir əsgər həbs edilib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, düzgün olmayan ilkin tibbi rəy verdiyinə görə 25 yaşlı feldşer Nver Mirzabekyan artıq saxlanılıb.

18 yaşlı Aqasinin doğmalarına bildirilmişdi ki, oğlan huşunu itirərək çarpayıdan yıxılıb və başından aldığı ağır zərbədən vəfat edib.

Zabitlər Suren Tadevosyan və Arsen Afyan da saxlanılıb.

Məlumata görə, Abramyanın ölümü ilə bağlı iş üzrə daha 7 nəfərin saxlanılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti