...

Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb

Cəmiyyət Materials 1 Sentyabr 2011 15:02 (UTC +04:00)
2011-2012-ci tədris ili üzrə Azərbaycanın peşə təhsili müəssisələrinə şagird qəbulu üçün avqustun 1-dən başlayan sənəd qəbulu bu gün yekunlaşıb.
Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üzrə Azərbaycanın peşə təhsili müəssisələrinə şagird qəbulu üçün avqustun 1-dən başlayan sənəd qəbulu bu gün yekunlaşıb. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov cümə axşamı Trend-ə bildirib ki, bundan sonra məktəblər özləri şagirdlərin seçimini aparacaqlar. Şagirdlərin orta ixtisas təhsili müəssisələrinə seçimi sentyabrın 10-dək həyata keçiriləcək. Seçim müsahibə və ya imtahan yolu ilə aparılacaq.

2011-2012-ci tədris ili üçün təxminən 16 170 plan yeri ayrılıb. Qəbul planında 14 190 yer ödənişsiz, 1980 yer ödənişli təhsil üçün nəzərdə tutulub.

Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, qalanları isə peşə məktəbidir.

Respublikanın peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır .

Peşə liseylərində şagirdlərə orta təhsillə yanaşı, peşə təhsili də verilir. Peşə məktəblərində isə yalnız peşə təhsili verilir.

Xəbər lenti

Xəbər lenti