...

Prezident Administrasiyası: Azərbaycanda ötən illər ərzində seçkilərin keçirilməsi ilə bağlı çox irəliləyişlərə nail olunub

Cəmiyyət Materials 5 Sentyabr 2011 11:30 (UTC +04:00)
Azərbaycanda ötən illər ərzində seçkilərin keçirilməsi ilə bağlı çox irəliləyişlərə nail olunub.
Prezident Administrasiyası: Azərbaycanda ötən illər ərzində seçkilərin keçirilməsi ilə bağlı çox irəliləyişlərə nail olunub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ötən illər ərzində seçkilərin keçirilməsi ilə bağlı çox irəliləyişlərə nail olunub. Trend-in məlumatına görə, bunu bazar ertəsi Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün ixtisaslaşdırılmış kursların başlanması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

"Azərbaycanda seçki təbliğatının aparılması artıq öz həllini tapıb, xüsusi yerlər təyin edilib və bir zaman təşviqat materiallarının yayılması ilə bağlı olan xaos artıq müşahidə olunmur", - Nağdəliyev əlavə edib.

Onun sözlərinə görə, ötən illərdə seçkilərin keçirilməsi ilə bağlı həllini tapan əsas məsələlərdən biri də seçici siyahılarının dəqiqləşdirilməsidir.

"Seçici siyahılarının dəqiqləşdirilməsindən sonra artıq real seçici siyahısı əldə etdik", - PA rəsmisi qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda seçki komissiyalarının üzvlərinin bilikləri, onların hüquqi savadı daha da artırılmalıdır.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu il seçki keçirilməyəcəyini nəzərə alaraq, təşkil olunan kurslarda DSK sədrləri onları narahat edən məsələləri geniş müzakirə etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bazar ertəsindən DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb.

Kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, DSK sədrlərinin peşəkarlığının artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti