Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Avstraliyada bir çox ərzaqlar mağazalara tezliklə qeyri-adi formada tə qdim olunacaqlar. Belə ki, onların üzərində "işıqfor"lar yerləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə UKRİNFORM xəbər verib.
Qabların üzərindəki qırmızı, sarı və yaşıl işıqlar məhsullardakı duz, şəkər və yağın müvafiq olaraq yüksək, orta və aşağı səviyyəsini göstərəcək. Bu, istehlakçılara məhsulları alarkən daha düşünülmüş qərar qəbul etməyə imkan verəcək.
vstraliyalı sosioloqların apardıqları tədqiqatlar göstərib ki, rəyi soruşulan istehlakçıların 87 faizə yaxını yeniliyi dəstəkləyir . Eyni zamanda, bir sıra istehsalçı şirkətlər buna qarşı çıxıb. Çünki bu, onlar üçün əlavə xərclər yaradır.
"İşıqfor"lar ideyasını əhalinin piylənməsinə qarşı mübarizə aparanları birləşdirən assosiasiya irəli sürüb. Bu ideya Avstraliya federal hökuməti səviyyəsində də dəstəklənib.