...

Bakı məktəblərində 65 yaşı tamam olmuş təxminən 2 min təhsil işçisi var

Cəmiyyət Materials 6 Sentyabr 2011 12:05 (UTC +04:00)
Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki orta məktəblərdə 65 yaşı tamam olmuş təxminən 2 min təhsil işçisi var.
Bakı məktəblərində 65 yaşı tamam olmuş təxminən 2 min təhsil işçisi var

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki orta məktəblərdə 65 yaşı tamam olmuş təxminən 2 min təhsil işçisi var. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı Şəhər Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, artıq həmin işçilərin siyahıları hazırdır və onlarla əmək müqaviləsinin ləğvinə başlanılıb.

Nəbiyev deyib ki, 65 yaşlı işçilərin işdən çıxarılması nəticəsində kadr problemi yaranacağı gözlənilmir.

"Problem yaranarsa, qanunvericiliyə uyğun olaraq, bir sıra müəlimləri yenidən işlə təmin edəcəyik", - sektor müdiri deyib.

Nəbiyev bildirib ki, 65 yaşı tamam olmuş işçilərin 31-i məktəb direktorudur və onların siyahısı artıq Təhsil Nazirliyinə göndərilib.

İdarə rəsmisinin sözlərinə görə, direktorların işdən azad olunması ilə bağlı Təhsil Nazirliyi müvafiq qərar verəcək. Çünki məktəb direktorlarının işə qəbulu və işdən azad edilməsi nazirliyin sərəncamındadır.

Xəbər lenti

Xəbər lenti