...

Hüseynqulu Bağırov: Azərbaycanda aktual ekoloji problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2011 10:12 (UTC +04:00)
Hazırda Azərbaycanda aktual ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Hüseynqulu Bağırov: Azərbaycanda aktual ekoloji problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir (FOTO)

Azərbaycan, Qəbələ, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Hazırda Azərbaycanda aktual ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Trend-in məlumatına görə, bunu çərşənbə günü ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumunun açılışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan keçmişdən qalmış ekoloji problemlərin həlli ilə məşğuldur.

"Ötən əsrdə uzun illər boyu neft sənayesində bəsit texnologiyalardan istifadə nəticəsində neftlə çirklənmiş 30-35 min hektar torpaqların təmizlənməsi həyata keçirilir", - nazir qeyd edib.

Bağırov yaxın 8-10 ilə Azərbaycanda pestisid problemlərinin həll olunacağına inandığını bildirib.

Onun sözlərinə görə, ölkədə artıq meşələrin qırılması tendesiyasının qarşısı alınıb.

Sentyabrın 7-9-da Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu keçirilir.

Tədbirdə 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edir. Forum davamlı üzvi çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradacaq.

Forum Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Beynəlxalq Pestisid Assosiasiyası (İHPA), Niderland Krallığı, Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəz və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin
(UBA) dəstəyi ilə keçirilir.

11-ci Forum ölkələr, ekspertlər, təşkilatlar və donorlar arasında daha geniş informasiya mübadiləsi və mümkün əməkdaşlığın yaradılması məqsədi ilə hökumətləri, donorları, BMT agentliklərini, hökumətlərarası təşkilatları, QHT-ləri, elmi və özəl sektoru bir araya gətirib.

Xəbər lenti

Xəbər lenti