...

Azərbaycanda turizm obyektləri vergilərdən azad edilə bilərlər (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 7 Sentyabr 2011 11:54 (UTC +04:00)
Turizm obyektlərinin vergilərdən azad edilməsinə gələcəkdə baxıla bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.
Azərbaycanda turizm obyektləri vergilərdən azad edilə bilərlər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Turizm obyektlərinin vergilərdən azad edilməsinə gələcəkdə baxıla bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

İsmiyev deyib ki, hazırda bu məsələ gündəmdə olmasa da, gələcəkdə müzakirə edilə bilər.

Onun sözlərinə görə, hazırda nazirlik tərəfindən turizm və rekreasiya zonaları məsələsinə baxılır.

"Artıq şimal zonasının yerləri yaradılandan sonra geniş miqyaslı turizm infrastrukturunun təşkili nəzərdə tutulur", - şöbə müdiri əlavə edib.

İsmiyevin sölzərinə görə, hər il Azərbaycana təqribən 2 milyonadək xarici vətəndaş gəlir. Onlardan təqribən 1,5 milyonu turist olur.

"Azərbaycan "Eurovison" müsabiqəsinə də nə qədər turtist gəlsə, onları qəbul edə biləcək. Qonaqları qəbul etmək üçün bəzi otellərdə bronlaşdırma sistemləri var. Onlar yavaş-yavaş bu sistemə qoşulurlar. Nazirlik tərəfindən hotellərə qiymətlərin yüksəldilməməsi tövsiyə edilir. Amma özəl sahə olduğu üçün bu, onların işidir", - nazirlik rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti