...

Ekologiya Nazirliyi: Azərbaycanda əhali zərərli maddələrlə çirklənmiş ərazilər barədə daha çox məlumat toplamalıdır

Cəmiyyət Materials 8 Sentyabr 2011 13:57 (UTC +04:00)
Azərbaycanda əhali zərərli maddələrlə çirklənmiş ərazilər barədə daha çox məlumat toplamalıdır, bu problemə daha həssas yanaşmalıdır.
Ekologiya Nazirliyi: Azərbaycanda əhali zərərli maddələrlə çirklənmiş ərazilər barədə daha çox məlumat toplamalıdır

Azərbaycan, Qəbələ, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda əhali zərərli maddələrlə çirklənmiş ərazilər barədə daha çox məlumat toplamalıdır, bu problemə daha həssas yanaşmalıdır. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov bildirib.

"Davamlı üzvü çirkləndirici pestisidlər insan orqanizmi üçün çox zərərli maddələrdir və köhnə anbarlarda kifayət həcmdə toplanaraq torpağa, suya qarışıb", - Süleymanov bildirib.

Onun sözlərinə görə, əhali yaşadığı yerlərdə hansı ərazilərin belə çirklənməyə məruz qaldığnı aydınlaşdırmalıdır və bilməlidir ki, orada heyvan otarmaq, əkin əkmək, ev tikmək olmaz.

"Hazırda 200 tona yaxın polixlorbifenil (PXB) və ya PXB ilə çirklənmiş yağlar müəyyən olunub və ümumilikdə 500 tona yaxın PXB ilə çirklənmiş avadanlıqlar aşkar edilib. Ölkə ərazisində həyata keçirilən layihə həmin avadanlıqların təmizlənməsi və yağların məhv olunması ilə bağlıdır", - Mərkəz direktoru bildirib.

Süleymanov qeyd edib ki, ETSN-də "Orxus" Mərkəzi əhalinin maarifləndirilməsi ilə məşğuldur. "Nazirlik QHT-lərlə bu işdə sıx əlaqə saxlayır. QHT-lərin kifayət qədər maliyyə vəsaitləri olmasa da, onlar əhaliyə daha yaxındırlar və əhalinin məlumatlandırılmasında aktiv işləyirlər", - o qeyd edib.

Mərkəz direktoru onu da bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Xidməti pestisidlərin tərkibini və onların zərərlilik dərəcəsini öz laboratoriyalarında yoxlayır.

Xəbər lenti

Xəbər lenti