...

Azad Rəhimov: Olimpiya oyunlarına 50-dən çox Azərbaycan idmançısının lisenziya qazanacağı gözlənilir

Cəmiyyət Materials 9 Sentyabr 2011 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bu il Azərbaycanda Olimpiya idman növlərinə 4 milyon 610 min manat vəsait xərclənib. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, növbəti Olimpiya oyunlarına 50-dən çox idmançının lisenziya qazanacağı gözlənilir.

"170 nəfər olimpiya lisenziyası qazanmaq üçün mübarizə aparır. Onların 83-ü qadınlardır", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti