...

Azərbaycanın səhiyyə naziri Türkiyəyə səfər edəcək

Cəmiyyət Materials 14 Sentyabr 2011 12:47 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə səfər edəcək.
Azərbaycanın səhiyyə naziri Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə səfər edəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şirəliyev Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın səfərlə bağlı təklifini sentyabrın 12-15-də Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində keçirdiyi ikitərəfli görüş zamanı qəbul edib.

Görüşdə türkiyəli nazir son illər ərzində əldə edilən nailiyyətlərdən danışaraq, ölkəsinin bu təcrübəni Azərbaycanla paylaşmaq istədiyini söyləyib. O, bunun üçün azərbaycanlı müdavimlərə Bakı və Türkiyədə master-klassların keçirilməsini təklif edib.

Nazir son illər ərzində Türkiyə səhiyyəsinə Avropa ölkələrinin də diqqətinin artığını, bu ölkələrdən müalicə üçün Türkiyəyə üz tutan xəstələrin sayının artması faktını qeyd edib.

Son 5 il ərzində Azərbaycan səhiyyəsində də böyük uğurların əldə olunduğunu bildirən Akdağ ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Estoniya nümayəndə heyətinin rəhbəri, sosial işlər naziri Hanno Revkuru, Malta nümayəndə heyətinin rəhbəri, yaşlı insanlar və əhaliyə xidmət naziri, doktor Joseph R.Cassarı, Sloveniya nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri, doktor Dorijan Marişici və Bosniya və Hersoqovina nümayəndə heyətinin rəhbəri, milli işlər naziri Sredoje Mülni ilə görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti