...

İki vəkil barəsində intizam icraatı başlanıb

Cəmiyyət Materials 14 Sentyabr 2011 14:52 (UTC +04:00)
Vəkillər Kollegiyasının bu gün keçirilən iclasında iki vəkil barəsində intizam icraatı başlanıb.
İki vəkil barəsində intizam icraatı başlanıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Vəkillər Kollegiyasının bu gün keçirilən iclasında iki vəkil barəsində intizam icraatı başlanıb.

Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə, vəkillər - Aslan İsmayılov və Elçin Namazov barəsində intizam icraatının başlanması barədə rəy verilib.

İsmayılov vəkillik etikasını pozmaqda günahlandırılır.

İsmayılov Trend-ə bildirib ki, bir nəfər onun ofisinə gələrək, müqavilə bağlayıb və bildirib ki, evini əlindən alıblar.

Vəkilin sözlərinə görə, işi araşdırarkən həmin şəxsin dələduz olduğunu müəyyənləşdirib və onu ofisdən qovub.

Namazovun cəzalandırılması ilə bağlı isə Kollegiyaya hakim tərəfindən müraciət olunub.

Hər iki vəkilin işi VK-nın Rəyasət Heyətində müzakirəyə çıxarılacaq.

Rəyasət Heyətinin 24 avqust tarixli qərarı ilə Xalid Bağırovun vəkillik fəaliyyəti 1 il müdətinə məhdudlaşdırılıb.

Qərara görə, Bağırov avqustun 24-dən sonra 1 il müddətində heç bir şəxslə hüquqi yardım haqqında yeni müqavilə bağlaya bilməz və vəkil kimi fəaliyyət göstərə bilməz.

Xəbər lenti

Xəbər lenti