...

Azərbaycanda desant kurslarının təkmilləşdirilməsi üçün pnevmatik silahlar alınacaq

Cəmiyyət Materials 14 Sentyabr 2011 15:54 (UTC +04:00)
Desant kurslarının təkmilləşdirilməsi üçün pnevmatik silahlar alınacaq.
Azərbaycanda desant kurslarının təkmilləşdirilməsi üçün pnevmatik silahlar alınacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/

Desant kurslarının təkmilləşdirilməsi üçün pnevmatik silahlar alınacaq. Bu barədə çərşənbə günü Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib.

Onun sözlərinə görə, KHVTİC tərəfindən təşkil olunan desant kurslarında müdavimlər paraşütdən tullanırlar, əlbəyaxa döyüş vərdişlərinə yiyələnirlər, lakin onların paraşütdən tullanması və digər təlimləri desant komplektasiyası ilə həyata keçirilmir.

"Biz müdavimlərin bütün məşqlərinin tam desant komplektasiyasına uyğun təşkil olunmasını planlaşdırırıq. Desantlar adətən qısa AKS-74U avtomatlarından istifadə edirlər. Bizim kurslarda həmin avtomatların pnevmatik versiyalarından istifadə olunacaq", - Orucov əlavə edib.

Orucov deyib ki, avtomatlar yaxın zamanlarda gətiriləcək.

Xəbər lenti

Xəbər lenti