...

Bakı polisi axtarışda olan şəxsləri yaxalayıb

Cəmiyyət Materials 19 Sentyabr 2011 12:27 (UTC +04:00)
Bakı polisi axtarışda olan şəxsləri yaxalayıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Bakı polisi axtarışda olan şəxsləri yaxalayıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakı polisi axtarışda olan şəxsləri yaxalayıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elnur Hümbətov sentyabrın 18-də yaxalanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar - Rauf Heydərov və Mais Vəliyev sentyabrın 18-də yaxalanıblar.

Xəbər lenti

Xəbər lenti