...

Azərbaycanın təhsil naziri yeni kadr islahatlarından danışdı

Cəmiyyət Materials 20 Sentyabr 2011 12:45 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov yeni müavinlərinin təsdiq olunacağını bildirib.
Azərbaycanın təhsil naziri yeni kadr islahatlarından danışdı

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov yeni müavinlərinin təsdiq olunacağını bildirib.

"Müavinlərimdən biri təsdiq olunub. Bu, Qulu Novruzovdur. Qalan müavinlərin isə təsdiq olunması gözlənilir", - çərşənbə axşamı Trend-ə nazir özü məlumat verib.

Mərdanov Təhsil Nazirliyində baş verən kadr islahatlarına şərh vermək istəmədiyini bildirib.

Təhsil Nazirliyində kadr dəyişikliyi baş verib.

Nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifədən azad olunublar.

Qulu Novruzov müavin vəzifəsinə təyin olunmazdan öncə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.

Xəbər lenti

Xəbər lenti