...

Qobustan Tarix muzeyindəki təmir-bərpa işləri bu ilin sonuna qədər yekunlaşacaq

Cəmiyyət Materials 20 Sentyabr 2011 15:35 (UTC +04:00)
Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyində təmir-bərpa işləri bu ilin sonuna qədər yekunlaşacaq.
Qobustan Tarix muzeyindəki təmir-bərpa işləri bu ilin sonuna qədər yekunlaşacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/

Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyində təmir-bərpa işləri bu ilin sonuna qədər yekunlaşacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizmin inkişafı media müstəvisində" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 4 min hektarlıq muzey ərazisi kənar təsirlərdən qorunmaq üçün hasarlanıb və muzey açıq havada yerləşdiyinə görə daxili yollar çəkilib.

Nazir mətbuatı ölkədə aparılan arxeoloji qazıntılara həssas yanaşmağa çağırıb.

"Azərbaycanda aparılan hər bir arxeoloji qazıntı barədə xəbərə qonşularımız qısqanclıqla yanaşırlar", - Qarayev bildirib.

Onun sözlərinə görə, arxeoloji abidələr aşkar olunarkən onlar haqqındakı əfsanələr də öyrənilməli və cəmiyyətdə təbliğ olunmalıdır.

"Bu gün Azərbaycanın işğal altında olan regionlarında ermənilər arxeoloji qazıntılar aparırlar və orada aşkar olunmuş tarixi abidələri öz adlarına çıxırlar. Ermənilər harda xırda bir daş tapırlarsa, dünyaya car çəkirlər ki, guya orada böyük erməni şəhəri olub", - Qarayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti