...

Azərbaycanda ilk dəfə "Ekoloji gənclər düşərgəsi" təşkil olunacaq

Cəmiyyət Materials 27 Sentyabr 2011 11:43 (UTC +04:00)
Azərbaycanda bu ilin noyabr ayında ilk dəfə olaraq "Ekoloji gənclər düşərgəsi" təşkil olunacaq.
Azərbaycanda ilk dəfə "Ekoloji gənclər düşərgəsi" təşkil olunacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu ilin noyabr ayında ilk dəfə olaraq "Ekoloji gənclər düşərgəsi" təşkil olunacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunacaq düşərgənin yaradılması ilə bağlı tədbirə hazırlıq işləri gedir.

"Bu, Azərbaycanda gənclərə göstərilən diqqətin bariz nümunəsidir", - Aslanov qeyd edib.

Onun sözlərinə görə, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq, yaxın zamanda gənclər şəhərləri və gənclər bölgələri elan ediləcək.

"Bunları elan etməklə həmin bölgələrdə olan gənclərin problemlərinə xüsusi diqqət ayrılacaq", - Aslanov deyib.

Xəbər lenti

Xəbər lenti