...

Əli Hüseynli: Azərbaycanda yuvenal ədliyyə sisteminin yaradılması yaxın gələcək üçün real deyil

Cəmiyyət Materials 27 Sentyabr 2011 14:38 (UTC +04:00)
Azərbaycanda uşaq və yeniyetmələr barəsindəki işlərə baxan ixtisaslaşdırılmış məhkəmələrin yaradılması yaxın gələcək üçün mümkün olmayacaq.
Əli Hüseynli: Azərbaycanda yuvenal ədliyyə sisteminin yaradılması yaxın gələcək üçün real deyil

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda uşaq və yeniyetmələr barəsindəki işlərə baxan ixtisaslaşdırılmış məhkəmələrin yaradılması yaxın gələcək üçün mümkün olmayacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Hüseynli bildirib ki, bir çox ölkələrdə uşaq və yeniyetmələrin işlərinə baxılması ilə bağlı ixtisaslaşdırılmış məhkəmə sistemi yaradılıb. Onun sözlərinə görə, Azərbaycanda yuvenal ədliyyə sisteminin yaradılması yaxın gələcək üçün real görünmür.

"Bunun üçün xüsusi resurslar lazımdır", - komitə sədri vurğulayıb.

Azərbaycanda yuvenal ədliyyənin yaradılması ilə bağlı məsələnin hər zaman aktual və bunun hazırda müzakirə mərhələsində olduğunu deyən Hüseynli hesab edir ki, bu sahədə təcrübədə ciddi problemlər yoxdur.

BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə tövsiyyə edib ki, cinayət törədən uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və onların cəmiyyətə adaptasiyası məqsədilə yuvenal ədliyyə ilə bağlı qanun qəbul edilməli və ixtisaslaşdırılmış məhkəmələr, polis, vəkil və prokurorluq orqanları yaradılmalıdır.

Xəbər lenti

Xəbər lenti