...

Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib

Cəmiyyət Materials 29 Sentyabr 2011 13:57 (UTC +04:00)
Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib.
Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək.

Həsənli qeyd edib ki, bu il Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər.

"Hər il olduğu kimi, bu il də 2 min nəfərin yola düşməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 40-41 ədəd avtobusla yola düşəcək", - QMİ rəsmisi deyib.

Həsənlinin sözlərinə görə, digər qaydalara dəyişiklik olunmayacaq.

Xəbər lenti

Xəbər lenti