...

Məleykə Abbaszadə: Rezudenturaya imtahan verən 37 nəfər TQDK tərəfindən ali məktəbə qəbul olunmayıb

Cəmiyyət Materials 30 Sentyabr 2011 15:08 (UTC +04:00)
Bu il rezudenturaya imtahan verən 37 nəfər ümumiyyətlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali məktəbə qəbul olunmayıb.
Məleykə Abbaszadə: Rezudenturaya imtahan verən 37 nəfər TQDK tərəfindən ali məktəbə qəbul olunmayıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bu il rezudenturaya imtahan verən 37 nəfər ümumiyyətlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali məktəbə qəbul olunmayıb.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə deyib.

Komissiya sədrinin sözlərinə görə, onlar müxtəlif yollarla Beynəxalq Universitet, Odlar Yurdu Universiteti və digər ali təhsil müəssisələrinə qəbul ediliblər.

"37 nəfərdən heç biri 100 baldan yuxarı nəticə göstərə bilməyib. Onların 20 nəfərə yaxını 70 baldan yuxarı nəticə göstərdikləri üçün müsabiqədə iştrak etsə də, müsabiqədən keçə bilməyiblər", - o deyib.

Abbaszadənin sözlərinə görə, rezidenturaya qəbul olunanların əksəriyyəti dövlət universitetlərinin məzunları olub.

Xəbər lenti

Xəbər lenti