...

Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıl vətəndaşlardır

Cəmiyyət Materials 1 Oktyabr 2011 11:48 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqə sektorundan şənbə günü Trend-ə bildiriblər ki, sentyabrın 30-na olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıl vətəndaşlardır. Onlardan 156 684 nəfəri kişi, 233 270 nəfəri isə qadındır.
Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıl vətəndaşlardır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıl vətəndaşlardır.

Dövlət Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqə sektorundan şənbə günü Trend-ə bildiriblər ki, sentyabrın 30-na olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıl vətəndaşlardır. Onlardan 156 684 nəfəri kişi, 233 270 nəfəri isə qadındır.

BMT-nin Baş Assambleyası 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Məlumata görə, hazırda ahıl pensiyaçıların 294 778 nəfəri 70-80 yaş arası, 85 237 nəfəri 80-90 yaş arası, 9939 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Azərbaycanda yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində görülən davamlı işlər dövlətin bu sahəyə diqqətini əyani şəkildə sübuta yetirir. Digər pensiyaçılar kimi ahılların da problemləri həmişə diqqət mərkəzində saxlanılır. Onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla (plastik kartlarla bankomatlardan və ya POS-terminallardan) ödənilməsi üçün bütün imkanlardan istifadə edilir. Bu il iyulun 1-i tarixindən isə pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 900 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (orta hesabla 40 faiz) artıb. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlayıblar.

Xəbər lenti

Xəbər lenti