...

Azad Rəhimov: Azərbaycanın müxtəlif bölgələrində gənclər evləri tikiləcək

Cəmiyyət Materials 3 Oktyabr 2011 13:20 (UTC +04:00)
Azərbaycanın müxtəlif bölgələrində gənclər evləri tikiləcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bazar ertəsi Almaniyanın Humbolt Universitetinin nümayəndə heyətini qəbul edərkən deyib.
Azad Rəhimov: Azərbaycanın müxtəlif bölgələrində gənclər evləri tikiləcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxtəlif bölgələrində gənclər evləri tikiləcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bazar ertəsi Almaniyanın Humbolt Universitetinin nümayəndə heyətini qəbul edərkən deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda gənclərin inkişafı üzrə xüsusi proqram hazırlanıb və bu proqram çərçivəsində Gənclər Mərkəzinin tikilməsi də nəzərdə tutulur.

Rəhimov Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan da söz açıb. Qeyd edib ki, bu il ərzində Azərbaycan idmançıları 150-dən çox medal qazanıblar.

Nazir qonaqlara Azərbaycanın tarixi barədə məlumat verərək bildirib ki, ölkəmizin qədim tarixi var.

Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux öz növbəsində Azərbaycana ekskursiya üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Daha sonra nümayəndə heyətinin tərkibinə daxil olan tələbə və doktorantlar öz fikirlərini və təkliflərini səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti