...

2 aprel məhkumlarına hökm oxunub

Cəmiyyət Materials 3 Oktyabr 2011 14:59 (UTC +04:00)
Bakının Səbail rayon məhkəməsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
2 aprel məhkumlarına hökm oxunub

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə 2 aprel məhkumlarına hökm oxuyub.

Bakının Səbail rayon məhkəməsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Fuad Qəhrəmanlıya isə himayəsində iki azyaşlı uşağının olması nəzərə alınmaqla 2 il müddətinə şərti cəza verilib.

Özünü İctimai Palata adlandıran qurum bu il aprelin 2-də Bakının mərkəzində - Fəvvarələr meydanı və onun ətrafında icazəsiz aksiya keçirib.

Bu aksiya ilə bağlı saxlanılan yuxarıda adı qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti