...

İranda 1 milyon 200 min nəfər narkotik istifadəçisi var

Cəmiyyət Materials 5 Oktyabr 2011 12:57 (UTC +04:00)
İranda 1 milyon 200 min nəfər narkotik maddə istifadəçisi var. Bunu İran Polis Qüvvələrinin baş komandiri İsmail Əhmədi Müqəddəm deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranda 1 milyon 200 min nəfər narkotik istifadəçisi var

Azərbaycan, Bakı, 5 oktyabr /Trend müxbir T.Cəfərov/

İranda 1 milyon 200 min nəfər narkotik maddə istifadəçisi var. Bunu İran Polis Qüvvələrinin baş komandiri İsmail Əhmədi Müqəddəm deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Müqəddəm narkotik istifadəçilərinin 400 min nəfərinin heroin istifadəçisi olduğunu bildirib.

İran tiryək istehsalçısı olan Əfqanıstanla Avropa arasında tranzit dəhlizdə yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhədinə göndərib və 1000 kilomertdən çox bənd, kanal, sement divar inşa edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal miqrasiya üçün dünyada ən böyük azad ticarət zonalarından birinə çevrilib.

Bundan öncə İranın Fars xəbər agentliyi məlumat vermişdi ki, rəsmi statistikaya əsasən, İranda bir milyon 700 min nəfər narkotik maddə istifadəçisi mövcuddur. Həmin istifadəçilərin 33 faizi tiryək istifadəçisidir.

Xəbər lenti

Xəbər lenti