...

Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 6 Oktyabr 2011 12:25 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək
Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 07-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti