...

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Cəmiyyət Materials 10 Oktyabr 2011 14:13 (UTC +04:00)
Oktyabrın 12-13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Sabah Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 12-13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin bazar ertəsi yaydığı məlumatda bildirilir.

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti