...

Nobel mükafatı laureatı BDU-nun fəxri doktoru adına layiq görülüb

Cəmiyyət Materials 10 Oktyabr 2011 17:55 (UTC +04:00)
Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zebai Bakı Dövlət Universitetinin (BDU) fəxri doktoru adına layiq görülüb.
Nobel mükafatı laureatı BDU-nun fəxri doktoru adına layiq görülüb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Hacıyev/

Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zebai Bakı Dövlət Universitetinin (BDU) fəxri doktoru adına layiq görülüb. Trend-in məlumatına görə, bazar ertəsi Zebaiyə Fəxri doktorluq diplomunun təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş zöü ilə BDU-nun rektoru, professir Abel Məhərrəmov açıb. O, Əhməd Zebainin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Məhərrəmov qeyd edib ki, Zebai müsəlman dünyasında Nobel mükafatı almış iki şəxsdən biridir.

Onun sözlərinə görə, Zebai bakalavr təhsilini Misirin İsgəndəriyyə şəhərində alıb. Sonradan təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirib. Zebai hazırda ABŞ Prezidenti yanında Elmi Şuranın böyük məsləhətçisi və ABŞ Prezidentinin Yaxın Şərq məsələləri üzrə müşaviridir. Məhərrəmov bildirib ki, Əhməd Zebai 1999-cu ildə kimyəvi reaksiyaların gözlə görülməsini təmin edən cihazı kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb.

BDU rektoru deyib ki, Əhməd Zebai dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrinə, o cümlədən sülhməramlı fəaliyyətinə görə universitetin Elmi Şurasının 8 oktyabr 2001-ci il tarixli qərarı ilə BDU-nun fəxri doktoru adına layiq görülüb.

Məhərrəmov Zebainin gələcəkdə mütəmadi olaraq BDU-nun tələbələri ilə görüşəcəyinə, mühazirələr deyəcəyinə ümid etdiyini bildirib.

Daha sonra fəxri doktor mantiyası və diplomu Əhməd Zebaiyə təqdim olunub.

Öz növbəsində, Zebai belə bir ada layiq görüldüyünə görə BDU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti