...

Tehranda tələbələr aclıq aksiyasına başlayıblar

Cəmiyyət Materials 11 Oktyabr 2011 12:40 (UTC +04:00)
Tehranın Əmir Kəbir Universitetinin tələbələri aclıq aksiyasına başlayıblar. Bu barədə Trend çərşənbə axşamı iranlı tələbərin saytı olan daneshjoonews-a istinadən məlumat verir.
Tehranda tələbələr aclıq aksiyasına başlayıblar

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Cəfərov/

Tehranın Əmir Kəbir Universitetinin tələbələri aclıq aksiyasına başlayıblar. Bu barədə Trend çərşənbə axşamı iranlı tələbərin saytı olan daneshjoonews-a istinadən məlumat verir.

Məlumata əsasən, tələbələr artıq beş gündən çoxdur ki, universitetdəki çətinliklər, universitet tələbəsi Amənə Zənginənin ölümünün səbəblərinin məsul şəxslər tərəfindən araşdırılmaması, universitet rektorluğunun istefa verməməsi və etiraz edən tələbələrə qarşı təzyiqlərin artmasına etiraz əlaməti olaraq oturaq aksiya keçirirlər. Onlar oturaq aksiyanın beşinci günü aclıq aksiyasına başlayıblar və öz yeməklərini xeyriyyə məqsədi ilə əhaliyə paylayıblar.

Tehranın Əmir Kəbir Universitetinin 26 yaşlı tələbəsi xanım Amənə Zənginə iki həftə öncə universitetin yataqxanasında standartlara uyğun olmayan hamamda dəm qazından boğularaq vəfat edib. Bundan sonra tələbələr universitetdəki çatışmazlıqların aradan qaldırılması məqsədilə etiraz aksiyasına başlayıblar. Tələbər yaydıqları bəyanatda istəkləri yerinə yetirilməyənə qədər etiraz aksiyasını davam etdirəcəklərini deyiblər.

Xəbər lenti

Xəbər lenti