Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda sərnişin daşıyan avtobus 76 yaşlı kişini vurub.
Nizami rayon prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, dünən rayon ərazisində Qara Qarayev prospektində, "Lotos" ticarət mərkəzinin qarşısında 151 saylı marşrut avtobusu 1935-ci il təvəllüdlü Asim Məhərrəmovu vurub. O aldığı xəsarətdən 3 saylı şəhər kliniki xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı rayon polis idarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda sərnişin avtobusu 76 yaşlı kişini vurub
Bakıda sərnişin daşıyan avtobus 76 yaşlı kişini vurub.
