Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Hacıyev/
Təhsilin inkişafı üzrə Milli Strategiyanın yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Strategiyanın artıq hazır olduğunu bildirən nazirin sözlərinə görə, sənəd layihəsi müvafiq komissiyaya təqdim edilib. Strategiyanın yaxın günlərdə ictimaiyyətə də təqdim edilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev iyulda "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında sərəncam imzalayıb.