...

ABŞ-da davam edən sosial-iqtisadi böhran şəraitində doğum sayı azalır

Cəmiyyət Materials 14 Oktyabr 2011 10:51 (UTC +04:00)
ABŞ-da davam edən sosial-iqtisadi böhran şəraitində doğum sayı azalır.
ABŞ-da davam edən sosial-iqtisadi böhran şəraitində doğum sayı azalır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-da davam edən sosial-iqtisadi böhran şəraitində doğum sayı azalır.

İqtisadi və demoqrafik proseslər arasındakı birbaşa əlaqə Pyu adına məşhur araşdırma mərkəzinin yaydığı yeni məruzədə göstərilir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Həmin məlumata görə, ABŞ-da doğum sayının rekord səviyyəsi 2007-ci ildə, yəni böhrandanqabaqkı dövrdə qeydə alınmışdı. O zaman yeni doğulan körpələrin sayı 4,32 milyona yaxın idi.

O zamandan etibarən bu səviyyə ilbəil azalır. Belə ki, 2008-ci ildə 4,25 milyon, 2009-cu ildə 4,13 milyon və 2010-cu ildə isə 4,01 milyon uşaq doğulub.

Analitik mərkəz xəbərdarlıq edir ki, sonuncu qiymətləndirmə ilkin xarakter daşıyır və ümumilkdə, ABŞ əhalisinin sayı artmaqda davam edir.

Məruzədə həmçinin deyilir ki, "doğum sayının azalması ilə iqtisadi fəlakətlər arasındakı qarşılıqlı əlaqənin gücü" ayrı-ayrı ştatların nümunəsində xüsusilə açıq şəkildə müşahidə olunur.

Statistika sosial-iqtisadi problemlərin daha kəskin olduğu yerlərdə daha az uşağın doğulduğunu göstərir.

Xəbər lenti

Xəbər lenti