...

Azərbaycanda əcnəbi məhkumların ən çoxu qonşu ölkələrdəndir

Cəmiyyət Materials 15 Oktyabr 2011 13:27 (UTC +04:00)
Azərbaycanda 470-dən artıq əcnəbi məhkum var
Azərbaycanda əcnəbi məhkumların ən çoxu qonşu ölkələrdəndir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 470-dən artıq əcnəbi məhkum var, Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

Quliyevin sözlərinə görə, əcnəbi məhkumların ən çoxu Rusiya, İran, Türkiyə və Gürcüstan vətəndaşlarıdır.

Onun sözlərinə görə, PX əməkdaşlarının işini daha da təkmilləşdirmək üçün onların texniki vasitələrlə təchizatı istiqamətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti